image-2be3c5a3-66df-3f49-9ff2-0981407f45fb_850backend

Papanın qəbulları buna görə ləğv edildi

87 yaşlı Papanın səhhətində problemlər olduğu üçün onun sentyabrın 23-nə planlaşdırılan bütün qəbulları ləğv edilib.

Elchi.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Yüngül zəifliyə görə, qarşıdan gələn səfəri nəzərə alaraq, ehtiyat tədbiri olaraq, bu günə planlaşdırılan qəbullar ləğv edilib”, – deyə məlumatda deyilir.

Təxminən bir həftə əvvəl pontifik Cənub-Şərqi Asiya ölkələrinə ən uzun xarici qastrol səfərindən qayıdıb. Həftənin sonunda o, Belçika və Lüksemburqa getməlidir.

Yeganə

Məənbə: Reuters.com

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki