image-orbanbackend

Orban Ukrayna ilə bağlı Aİ-yə cavab verib

Macarıstanın baş naziri Viktor Orban Fransa, Ukrayna, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri tərəfindən hazırlanan və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas tərəfindən də imzalanan “Ukraynaya dəstək üçün birgə bəyanat”a reaksiya verib.
Elchi.az  xəbər verir ki, Orban , X sosial media platformasındakı hesabında etdiyi şərhdə , AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kallasın paylaşdığı ortaq mətni etiketləyərək tənqid edib.
Ortaq bəyanatın Aİ-nin səhv idarəçiliyinin üzücü göstəricisi olduğunu qeyd edən Orban, “ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin sülh danışıqları apararkən, bir AB rəsmisi dəyərsiz açıqlamalar verir” – ifadəsini işlədib.
“Danışıqlar masasında oturmaq üçün əlinizi qaldırmırsınız. Buna güc, yaxşı idarəçilik və ağıllı diplomatiya vasitəsilə nail olmaq lazımdır”, – Orban deyib.
Orban, Ukraynada “nəyin bahasına olursa-olsun adam öldürmənin dəstəklənməsinin Aİ rəhbərliyinin mövqeyi olduğunu” müdafiə edərək, bunun həm mənəvi, həm də siyasi baxımdan qəbuledilməz olduğunu bildirib.
Bu gün Fransanın paytaxtı Parisdə bir araya gələn Fransa, Ukrayna, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri yazılı birgə bəyanat yayıb.
Bəyanatda Avropa dövlətlərinin “ümumi məqsədinin” Ukraynanı “güc” mövqeyinə gətirmək olduğu bildirilib və avropalıların və Kiyev administrasiyasının Ukraynadakı bütün sülh danışıqlarında iştirak etməli olduğu vurğulanıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki