image-oppenheimerin-laboratuvarinda-radyasyon-alarmi-cernobil-seviyesine-ulasti-4qagbackend

Oppenheimer laboratoriyasında radiasiya siqnalı!

Amerika ordusunun İkinci Dünya Müharibəsi İkinci Dünya Müharibəsində atom bombasının hazırlandığı Los-Alamos bölgəsində plutonium səviyyəsinin 1986-cı ildə nüvə fəlakəti ilə yadda qalan Çernobılın səviyyəsinə yaxın olduğu bildirilib.
Elchi.az xəbər verir ki, Şimali Arizona Universitetindən Maykl Ketterer Nyu Meksiko ştatının Los Alamos bölgəsindən topladığı torpaq, su və bitki nümunələrinin analiz nəticələrini paylaşıb.
Bildirilib ki, Nuclear Watch New Mexico adlı layihə çərçivəsində aparılan araşdırmada nümunələrdə “çox yüksək səviyyədə” plutonium aşkar edilib.
Ketterer ABŞ-da ictimai bir yerdə bu qədər yüksək plutonium səviyyəsini ilk dəfə gördüyünü və bunun Çernobıl nüvə fəlakətinin baş verdiyi bölgədə tapılan səviyyələrlə müqayisə oluna biləcəyini bildirib.
ABŞ Energetika Departamentinə bağlı Los Alamos Milli Laboratoriyası 1943-cü ildə atom bombasının hazırlanması üçün həyata keçirilən Manhetten Layihəsi çərçivəsində yaradılmışdır.
Laboratoriyadan çıxan tullantılar 1963-cü ilə qədər boru sistemi vasitəsilə yaxınlıqdakı kanyona axıdılıb. Laboratoriyanın çıxardığı çirklənməyə görə o, Acid Canyon adlanırdı.
Reaksiyalardan sonra Vaşinqton rəhbərliyi bölgənin 1980-ci illərə qədər 2 milyard dollarlıq sərmayə ilə təmizləndiyini və istifadə üçün təhlükəsiz olduğunu açıqladı.
Bununla belə, Ketterer bölgədə gəzinti üçün istifadə edilən müxtəlif yerlərdən götürülmüş nümunələrdəki plutonium səviyyələrinin həyəcan verici olduğuna diqqət çəkir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki