image-maymun-cicegi-virusu-stok-trt-haber-1844074_1backend

Ölümcül Mpox ştammı Clade 1b Böyük Britaniyaya çatıb

Böyük Britaniyada mpox virusunun potensial ölümcül ştammı olan Clade 1b-nin ilk hadisəsi Londonda görülüb. Birləşmiş Krallıq Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) bəyan edib ki, Clade 1b ştammı ölkədə ictimai sağlamlıq riskinin “aşağı” səviyyəsindədir.
Elchi.az xəbər verir ki, hadisə oktyabrın 21-də Afrikadakı tətildən qayıdan və İngiltərəyə gecə reysi ilə gələn şəxsdə müşahidə olunub.
Bu şəxs uçuşdan 24 saat sonra qripə bənzər əlamətlər göstərib və oktyabrın 24-də bədənində səpgi əmələ gəlib.
Bildirilib ki, xəstə oktyabrın 27-də Londonda təcili yardım otağına yerləşdirilib və orada aparılan analizdən sonra evə göndərilib və təcridxanada saxlanılıb. Testi müsbət çıxan xəstə hazırda Londondakı Royal Free Hospitalın Yüksək Riskli Yoluxucu Xəstəliklər (HCID) şöbəsində müalicə olunur.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki