image-trump-incil-reu-2206178_1backend

“Ölüm hökmünü qətiyyətlə icra etməyə davam edəcəyik”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra federal ölüm hökmünü qətiyyətlə tətbiq etməyə davam edəcəyini bəyan edib.
Elchi.az xəbər verir ki, Tramp Baydenin ölüm hökmündə olan bəzi məhbusların cəzalarını yüngülləşdirmək qərarına reaksiya verib.
“Truth Social” sosial şəbəkəsində verdiyi açıqlamada Tramp Baydenin ölüm hökmündə olan 37 məhbusun cəzasını ömürlük həbslə əvəzləməsinin qəbuledilməz olduğunu bildirib və bunun qurbanların ailələrinə hörmətsizlik olduğunu müdafiə edib.
Tramp, “Co Bayden ölkəmizin 37 ən pis qatilinin edam cəzasını yüngülləşdirdi. Onların hər birinin törətdiyi cinayətləri eşidəndə onun bu qərarı necə verdiyinə inanmayacaqsınız. Bu, mənasız bir qərardır. Qurbanların yaxınları və dostlar bunun baş verdiyinə inana bilmirlər.” dedi.
Trump, vəzifəyə gəldikdən sonra federal ölüm cəzası tətbiqlərini qətiyyətlə davam etdirəcəyini söylədi.
Ötən gün verdiyi açıqlama ilə ABŞ prezidenti Bayden edam hökmündə olan 40 federal məhbusdan 37-nin cəzalarını şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbslə əvəz etdi.
Ölüm cəzalarının tətbiqinə qarşı olduğunu vurğulayan Bayden, “Vicdanım yeni rəhbərliyin dayandırdığım ölüm cəzalarını yenidən başlatmasına icazə verməyəcək” deyib.
Federal məhbuslar üçün ölüm hökmlərinin əleyhinə olduğunu bəyan edən Bayden, bu cəzaları müvəqqəti dayandırmaq üçün 2021-ci ildə moratorium elan etdi.
Donald Tramp seçki kampaniyası zamanı bildirib ki, narkotik və insan alverçiləri ölüm cəzası almalıdırlar.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki