image-ulke-felaketin-esiginde-yanardag-harekete-gecti-ucuslar-iptal-edildi-tvfubackend

Ölkə fəlakətin astanasındadır! Vulkan hərəkətə keçdi, uçuşlar ləğv edildi

Yeni Zelandiya fəlakət astanasındadır… Ölkədə Vhakaari vulkanının aktivləşməsi ilə əlaqədar bəzi reyslər təxirə salınıb.
Yeni Zelandiyada Whakaari vulkanının püskürməsi hava nəqliyyatının qarşısını alıb.
Elchi.az xəbər verir ki, Yeni Zelandiyanın şimalındakı Uayt adasında yerləşən Whakaari vulkanının aktivləşməsi hava nəqliyyatında aksamalara səbəb olub.
Ölkənin şimalındakı Plenti körfəzi yaxınlığında yerləşən Uayt adasında vulkanın püskürtdüyü küllər təxminən 1,2 kilometr yüksəkliyə çatıb.
Milli hava yolu şirkəti Air New Zealand tərəfindən verilən açıqlamada partlayışdan sonra Tauranqa və Rotorua hava limanlarından edilməsi planlaşdırılan ən azı 10 uçuşun ləğv edildiyi, 3 reysin təxirə salındığı bildirilib.
Ölkənin Yer Elmləri Tədqiqat İnstitutu olan GNS Science-dan verilən açıqlamada, keçən həftə Whakaaridə yeni bir ventilyasiya aşkar edildiyi və vulkanik küldə artım olduğu ifadə edildi.
Məşhur turizm məkanı olan adada yerləşən Whakaari vulkanı 2019-cu ilin dekabrında püskürüb. Partlayış nəticəsində 22 turist ölüb, 25 nəfər isə ağır yaralanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki