ABŞ-ın keçmiş prezidenti Barak Obama, son sorğular Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın demokrat rəqibinə nisbətən qaradərililərdən bir qədər çox dəstək aldığını göstərdikdən sonra qaradərililəri Kamala Harrisə səs verməyə çağırıb.
Elchi.az xəbər verir ki, Obama Pensilvaniya ştatının Pittsburq şəhərindəki çıxışında ölkədəki qaradərili icmadan bəzi kişilərin “bir qadına səs verməkdən narahat olduğunu” müdafiə etdi.
“Düşünürəm ki, siz qadının prezident olması fikrini həzm edə bilmirsiniz, ona görə də başqa alternativlərə müraciət edib bəhanələr tapırsınız”. Bu vəziyyətin qəbuledilməz olduğunu bildirən Obama qaradərililəri Demokrat namizəd Harrisə səs verməyə çağırıb.
ABŞ-da qaradərililərin hüquqları üzrə ən böyük qeyri-hökumət təşkilatı olan Qaradərililərin Hüquqlarının İnkişafı üzrə Milli Assosiasiyanın (NAACP) sentyabr ayında keçirdiyi sorğu göstərir ki, Tramp həm hazırkı rəqibindən, həm də onun 2020-ci il seçkilərində aldığından bir qədər çox dəstək aldığını da ortaya qoyur.
Şayəstə Hüseynova