ABŞ-ın Nyu-York şəhərində bir qadını metroda yandıraraq ölümünə səbəb olduğu iddia edilən şəxs həbs edilib.
Elchi.az xəbər verir ki, ötən gün səhər saatlarında Nyu York metrosunda yandırılan qadının öldüyü açıqlanıb.
NY polis komissarı Jessica Tisch-in ifadəsinə görə, adı açıqlanmayan şübhəli Bruklindəki Stillwell prospektində xəttin son dayanacağına doğru hərəkət edən qatarda gedərkən eyni vaqonda bir qadını yandırıb.
Hadisəni görən polis yanğınsöndürənlə müdaxilə etsə də, qadın hadisə yerində dünyasını dəyişib.
Polis tezliklə şübhəlinin tutulduğunu elan edib.
Şayəstə Hüseynova