image-deepseek-reu-2326807_1backend

Nyu York hökumətə məxsus cihazlarda DeepSeek-i qadağan edir

ABŞ-ın Nyu-York ştatında “təhlükəsizliklə bağlı narahatlıqlar” səbəbilə Çin mərkəzli bir şirkət tərəfindən hazırlanmış süni intellekt modeli DeepSeek-in dövlətə məxsus cihazlarda istifadəsi qadağan edilib.
Elchi.az xəbər verir ki, Nyu-York qubernatoru Keti Hochul verdiyi yazılı açıqlamada əyalət hökuməti işçilərinə DeepSeek tətbiqini dövlət qurumlarının cihaz və şəbəkələrində yükləmələrinin qadağan edildiyini açıqlayıb.
Açıqlamada DeepSeek-in “istifadəçi məlumatlarını saxladığı və texnoloji sirləri əldə edə biləcəyi” ilə bağlı narahatlıqlara diqqət çəkən Hochul, “Mənim prioritetim ictimai təhlükəsizlikdir. Nyu York sakinlərini həm xarici, həm də daxili təhdidlərdən qorumaq üçün işlərimizi davam etdiririk” deyib.
Keçən həftə, Nümayəndələr Palatasından Demokrat Josh Gottheimer və Respublikaçı Darin LaHudun ölkə daxilində hökumətə məxsus cihazlarda DeepSeek-in istifadəsini qadağan edən qanun layihəsi hazırladıqları bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki