image-1740388068943654901_1200x630backend

NYT: Brüsselin Kiyevə yeni yardımı 20 milyard avronu ötə bilər

Elchi.az xəbər verir ki, “The New York Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin dediyinə görə, Avropa liderləri, eyni zamanda, Ukraynaya “sülhməramlı qüvvə” kimi qoşun göndərməyi və ümumilikdə hərbi xərclərin artırılmasını da nəzərdən keçirəcəklər.

Bir müddət öncə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştin Kiyev üçün 20 milyard avro ayrılması təklifinin əleyhinə olduğunu elan edib.

Qeyd edək ki, Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək görüşündə Ukraynaya hərbi yardımın artırılması, Ər-Riyadda baş tutan ABŞ-Rusiya danışıqları və Suriyadakı vəziyyət diqqət mərkəzində olacaq.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki