image-63878883-606a-3d5d-a3c8-dc24c3d92d63_850backend

Növbəti iki gündə bəzi ərazilərə yağış və qar yağacaq – XƏBƏRDARLIQ

Azərbaycanın şərq rayonlarında dekabrın 30-31-də (Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında isə dekabrın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki