Norveç Belarusa qarşı əlavə sanksiyalar tətbiq edib.
Elchi.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.
“Norveç Belarusa qarşı əlavə sanksiyalar tətbiq edib. Yeni sanksiyalar Aİ-nin 29 iyun 2024-cü ildə Belarusa qarşı gördüyü tədbirlərə uyğundur. Sanksiyalar hərtərəflidir və Belarus iqtisadiyyatının bir sıra sektorlarına, o cümlədən ticarət, xidmət və nəqliyyat sahələrinə təsir göstərir”, – deyə məlumatda bildirilir.
“Rusiyaya qarşı sanksiya rejiminin bir sıra tədbirləri Belarusa da şamil edilir”, – mesajda deyilir.
İyunun 29-da Avropa İttifaqı Brüssel Minskə qarşı əvvəllər Moskvaya qarşı tətbiq edilmiş bir sıra iqtisadi sanksiyaların müddətini uzadıb.
Yeganə