Nobel Sülh Mükafatının laureatı Nihon Hidonkyo olub. Nihon Hidonkyo ABŞ-ın Xirosimaya atdığı nüvə bombasının yaratdığı fəlakətdən sağ çıxanlara həsr olunmuş yeganə qeyri-hökumət təşkilatıdır.
Elchi.az xəbər verir ki, Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan bombalardan sağ çıxanlar tərəfindən qurulan və nüvə silahsızlaşdırma səyləri ilə diqqət çəkən Nihon Hidankyo 2024-cü il Nobel Sülh Mükafatını qazandı.
CƏNUBİ KOREYA YAZIÇISINA ƏDƏBİYYAT MÜKAFATI
Digər tərəfdən; Cənubi Koreyalı yazıçı Han Kanq 2024-cü il Ədəbiyyat üzrə Nobel Mükafatını qazanıb. Han Kanq “tarixi travmalarla üzləşən və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsri”nə görə mükafatlandırılıb.
ONLARIN ZÜLALLAR ÜZRƏ ARAŞDIRMALARI NOBELİ GƏTİRDİ
David Baker, Demis Hassabis və John Jumper zülallar üzərində innovativ işlərinə görə 2024-cü il Kimya üzrə Nobel Mükafatını aldılar. 2024-cü il Fizika üzrə Nobel Mükafatı “süni neyron şəbəkələri ilə maşın öyrənməsini təmin edən işlər” edən amerikalı Con Hopfild və Britaniya-Kanada vətəndaşı Geoffrey Hintona layiq görülüb.
Şayəstə Hüseynova