Nikaraqua hökuməti Fələstin xalqı ilə həmrəy olaraq İsraillə bütün diplomatik əlaqələri kəsdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, hökumətin verdiyi açıqlamada Milli Məclisin yekdil qərarından sonra İsraillə bütün diplomatik əlaqələrin kəsildiyi bildirilib.
İsrailin hücumları nəticəsində Fələstin xalqının çəkdiyi əziyyətlərə diqqət çəkən açıqlamada, “Nikaraqua hər zaman dağıntılara və barbarlığa məruz qalan Fələstin xalqı və hökuməti ilə həmrəy olacaq.
“Nikaraqua beynəlxalq hüquqa və dövlətlər arasında mülki münasibətləri tənzimləyən konvensiyalara riayət edərək İsrail hökuməti ilə bütün diplomatik münasibətləri kəsmək qərarına gəlib”.
Bəyanatda deyilir: “Fələstin xalqının həyatına və ləyaqətinə qarşı davam edən soyqırımı, işğalı və davamlı təcavüzü qınayırıq. Bu hücum hazırda Livan xalqına qarşı həyata keçirilir. Suriya, Yəmən və İranı təhdid edir, regional və dünya sülhünü təhlükə altına alır”.
Nikaraqua Milli Assambleyası da İsrailin Fələstinə qarşı “soyqırım, zülm və hədsiz nifrət” siyasətini pislədiyini bildirib.
Parlament prezident Daniel Orteqanı İsrail hökuməti ilə əlaqələri kəsməyə çağırıb və İsrail hökumətini “bəşəriyyətin düşməni” elan edib.
Şayəstə Hüseynova