image-nijeryada-silahli-saldiri-felaketi-9-kisi-oldu-mtvx-1backend

Nigeriyada silahlı hücum faciəsi: 9 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Nigeriyanın Katsina əyalətində baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib.
Milli mətbuatda yayılan xəbərlərə görə, naməlum silahlı şəxslər Katsina əyalətinin Faskari və Matazu bölgələrində hücumlar həyata keçirib.
Hücumlarda 6 yerli təhlükəsizlik qüvvəsi və 3 mülki şəxs həlak olub, çoxlu sayda insan yaralanıb.
Nigeriyanın Katsina əyalətinin qubernatoru Dikko Umaru Radda hücumla bağlı verdiyi yazılı açıqlamada hücumu pisləyib və bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.
Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir.
Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki