image-interpress_7db2ef7fff7c13d3ae4452556aced847_nw3ubehocszrflp5mk2ibackend

Nigeriyada sərnişinləri daşıyan qayıq batıb: 20 nəfər ölüb

Nigeriyanın Benue əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində 20 nəfərin həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Benue polisinin sözçüsü Catherine Anene açıqlamasında bildirib ki, əyalətin İqatu bölgəsindəki bazardan qayıdan insanların mindiyi taxta qayıq Benue çayında batıb.
Anene qeyd edib ki, qəzadan sonra başladılan axtarış-xilasetmə işləri zamanı 20 nəfərin cəsədi tapılıb, 11 nəfər isə xilas edilib. Xilas edilənlərin xəstəxanaya göndərildiyini bildirən Anene bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki