image-nijerya-ambulans-2314781_1backend

Nigeriyada qanlı yarmarka: 32 uşaq həyatını itirdi

Nigeriyanın cənubundakı Oyo əyalətində təşkil edilən yarmarkada yaranan izdihamda 32 uşağın həyatını itirdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Oyo İnformasiya Komissarı Şahzadə Dotun Oyelade verdiyi yazılı açıqlamada, dünən əyalətin paytaxtı İbadanda təşkil edilən xüsusi yarmarkada izdiham yaşandığını bildirib.
Oyelade izdihamda 32 uşağın həyatını itirdiyini və çox sayda uşağın yaralandığını açıqlayıb.
Yaralıların ətraf xəstəxanalara çatdırıldığını bildirən Oyelade, hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.
Oyo Qubernatoru Seyi Makinde açıqlamasında hadisə ilə bağlı istintaq başladıldığını və yarmarkanın təşkilatçılarının saxlanıldığını bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki