İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Suriyanın cənubunu işğalının daimi olacağı mesajını verib.
Elchi.az xəbər verir ki, hərbi məzuniyyət mərasimində çıxış edən Netanyahu İsrailin Suriyanın cənubunu işğal etməsinə toxunaraq, Dəməşqin cənubunun tam silahsızlaşdırılmasını tələb etdiklərini bildirib.
“Biz yeni rejim qüvvələrinin Dəməşqin cənubundakı əraziyə daxil olmasına icazə verməyəcəyik. Biz Suriyanın cənubunun tam silahsızlaşdırılmasını tələb edirik”, – Netanyahu bildirib.
Şayəstə Hüseynova