İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İranın “nüvə silahı əldə etməsinin qarşısını almaq onların əsas prioritetidir”.
Elchi.az xəbər verir ki, Netanyahu İsrail əsgərləri üçün təşkil edilən buraxılış mərasimində gündəmlə bağlı açıqlamalar verib.
İsrailin İranda hər zamankindən daha çox “fəaliyyət azadlığına sahib olduğunu” və bu ölkədə “lazım olduğu yerə çata biləcəyini” iddia edən Netanyahu, Tehranın “nüvə silahına sahib olmasının qarşısının alınmasının onların əsas prioriteti olduğunu” bildirib.
Netanyahu qeyd edib ki, Qəzzaya hücumları bitirmək üçün tarix təyin etməyiblər və “məqsədlərinə” çatana qədər hücumları davam etdirəcəklər.
Eyni mərasimdə çıxış edən İsrailin müdafiə naziri Yoav Gallant ölkənin hər yerində daha çox əsgərə ehtiyac duyduqlarını bildirib.
Nuranə Məmmədova