Amerikanın Florida ştatının cənubunda “yaşıl kərtənkələlər ordusu”nun işğalı başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Palm-Biç kurort şəhərinin sakinləri orada getdikcə daha çox nəhəng iquanaların peyda olmasından şikayətlənirlər. Sürünənlər artıq mahalda 16 elektrik enerjisinin kəsilməsinə səbəb olub. Onlar məftilləri çeynəyir, bağları məhv edir, çayların və göllərin sahillərini korlayır, torpaq eroziyasına səbəb olur.
Həmçinin Floridada invaziv növ olan iquanalar hovuzlara və tualetlərə girərək sakinləri qorxudur. Üstəlik, salmonellyoz kimi xəstəliklər daşıyırlar və narahat olduqda hücum edə bilərlər.
Nuranə Məmmədova