image-c3c7f8c9-0db5-38d5-ad25-31cf1526e93d_850backend

NATO-nun Baş katibi Pentaqon rəhbəri ilə Alyansın möhkəmləndirilməsini müzakirə edib

NATO-nun Baş katibi Mark Rutte ABŞ-nin müdafiə naziri Pit Heqset (Pete Hegseth) ilə görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə Baş katib sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Alyansın möhkəm qalması üçün görülməli işlər var.

“Pit Heqseti onun NATO-da ilk görüşü çərçivəsində salamlamaqdan məmnunam. Alyansın möhkəm qalmasına əmin olmaq üçün görülməli işlər var. Bu, müdafiə xərclərinin, istehsalın artırılması və Avropanın Ukraynaya dəstək üçün daha çox iş görməsi deməkdir”, – M.Rutte vurğulayıb.

Qeyd edək ki, bu gün Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü keçirilir.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki