NATO səfirləri Rusiyanın qeyri-nüvə hipersəs avadanlıqları ilə təchiz edilmiş ballistik raketi buraxmasından sonra toplaşıb və Alyansın Kiyevə dəstəyini bir daha bəyan ediblər.
Elchi.az xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamaya görə, NATO-Ukrayna Şurası, Rusiyanın nüvə olmayan hipersəs avadanlıqları ilə təchiz edilmiş ballistik raketi atmasından sonra Brüsseldə səfirlər səviyyəsində toplanıb.
Ukraynanın yüksək rütbəli hərbi rəsmiləri Şuraya videokonfrans vasitəsilə qoşulub və NATO səfirlərini ölkədəki təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıblar.
İclasda müttəfiqlərin Ukraynaya dəstəyinin bir daha vurğulandığı və Ukraynanın Dnepr şəhərini hədəf alan hücumun “Ukraynada mülki əhalini terror etmək və Ukraynanı Rusiyanın qeyri-qanuni və bu, əsassız təcavüzə qarşı özünü müdafiə edən Ukraynanı dəstəkləyənləri qorxutmaq üçün növbəti cəhd kimi qiymətləndirilir”.
Bəyanatda Rusiyanın hərəkətinin “nə münaqişənin gedişatını dəyişməyəcəyi, nə də NATO müttəfiqlərini Ukraynanı dəstəkləməkdən çəkindirə bilməyəcəyi” qiymətləndirməsi də yer alıb.
Növbəti NATO-Ukrayna Şurası dekabrın 3-4-də NATO Xarici İşlər Nazirlərinin toplantısı zamanı keçiriləcək.
Şayəstə Hüseynova