image-gunes-patlamasi-nasa-2227535_1backend

NASA: Günəş artıq maksimum aktivlik səviyyəsinə çatıb

NASA, NOAA və Solar Cycle Forecast Panel rəsmi olaraq Günəşin indi maksimum aktivlik səviyyəsinə çatdığını açıqladı. Bu dövrdə Günəş 11 illik dövrünün zirvəsinə çatacaq və günəş ləkələri, günəş alovları və tac kütləsinin atılması kimi qeyri-adi hadisələrlə özünü göstərəcək.
Elchi.az xəbər verir ki, Günəş qarşıdakı aylarda intensiv şəkildə aktivləşəcək. Lakin bu hərəkətliliyin nə vaxt sona çatacağı, yəni maqnit qütblərinin nə vaxt yer dəyişəcəyi və dövrənin stasionar dövrünün nə vaxt başlayacağı hələlik bəlli deyil.
NOAA-dan meteoroloq Elsayed Talaat, “Bu açıqlama, bu dövrədə görəcəyimiz ən sıx günəş aktivliyinin indi baş verdiyi anlamına gəlmir” dedi və əlavə etdi ki, maksimum aktivliyin aylar və ya illərdən sonra hansı ayda zirvəyə çatacağını ancaq anlaya biləcəklərini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki