image-narkotikbackend

Narkotrafik üçün bu yol uğursuz olub: Bir tona yaxın narkotik vasitə tutulub

2022-ci il ilin birinci yarısında 802 kiloqram narkotik vasitə və psixotrop maddənin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.

Alp.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli bildirib.

Komitə sədri qeyd edib ki, muxtar respublika gömrük orqanları 2022-ci il ilin birinci yarısında 18 milyon manat vəsait toplayaraq büdcə öhdəliyini 109 faiz yerinə yetirib.

Toplanmış gömrük ödənişləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çox olub. Cari ilin altı ayı ərzində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə gücləndirilib, gömrük orqanları tərəfindən 101 inzibati, 9 cinayət xarakterli fakt aşkarlanıb.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki