Myanmada Yagi qasırğasının törətdiyi şiddətli yağışlar nəticəsində meydana gələn sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 226-ya yüksəlib.
Elchi.az BBC-ə istinadən xəbər verir ki, Vyetnam, Laos və Taylandın şimalını vuran və böyük fəsadlar törədən Yagi tayfunu Myanmada da həyata mənfi təsir edib. Qasırğa bütün regionda 500-dən çox insanın həyatına son qoyub.
Myanmadakı xunta rəhbərliyi Yagi qasırğasının səbəb olduğu güclü yağışlar nəticəsində meydana gələn sel və torpaq sürüşmələrində 226 nəfərin həyatını itirdiyini, təxminən 80 nəfərin isə hələ də itkin düşdüyünü açıqlayıb.
Şərqi Şan əyalətində bir çox kəndin, eləcə də Mandalay və Baqo bölgələrinin mərkəzi hissələrinin su altında qaldığı, yüz minlərlə hektar əkin sahəsinin zədələndiyi bildirilib. Bundan əlavə, Mon, Kayah və Kayin əyalətləri də qasırğadan ciddi zərər çəkib.
Şayəstə Hüseynova