Abxaziya müxalifəti qismən tanınan dövlətdəki vəziyyətlə bağlı Teleqramda bəyanat yayıb.
Elchi.az xəbər verir ki, müxalifətin müraciətində iddia olunur ki, hazırkı dövlət başçısı Aslan Bjaniyanın hakimiyyəti başa çatıb və dövlətdə baş verənlər cəmiyyətin prezidentin anti-xalq siyasətinə reaksiyasıdır və bu, dar dairənin zənginləşməsinə gətirib çıxarır.
“Bizim vəzifəmiz Bjaniyanın istefasına nail olmaq və ölkədəki siyasi vəziyyəti sabitləşdirməkdir”, – deyə müxalifət bildirib. Noyabrın 15-də Abxaziyada müxalifət tərəfdarları prezident Aslan Bjaniyaya ultimatum verərək onun bir saat ərzində istefasını tələb ediblər. Noyabrın 12-də Abxaziyanın Suxum şəhərində Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı çıxan müxalifətçilərin saxlanması ilə əlaqədar kütləvi etiraz aksiyaları başlayıb.
Yeganə