Almaniyanın Münhen şəhərində İsrail konsulluğu yaxınlığında silahlı şəxs atəş açıb. 1972-ci il Münhen Olimpiadasına hücumun ildönümündə baş verən hadisə böyük çaxnaşmaya səbəb olub.
Elchi.az xəbər verir ki, 1972-ci ildə Almaniyada keçirilən Münhen Olimpiadasına hücumun ildönümündə Münhendə silahlı hücum panikası yaşanıb.
Silahlı şəxs İsrail konsulluğu yaxınlığında atəş açıb.
Polislər tərəfindən vurularaq zərərsizləşdirilən hücumçu yaralı halda yaxalanıb.
Şayəstə Hüseynova