image-samvel_karapetyan-768x403backend

Moskvada ermənilərin biznes imperiyaları genişlənir – ƏTRAFLI

“Taşir” Şirkətlər Qrupu Moskvada “Zebra Evi” adlı mağazalar şəbəkəsi açır.

Alp.az xəbər verir ki, bu barədə “Vedomosti” yazır. Nəşr vurğulayır ki, ilin sonuna qədər daha çox mağazanın açılması planlaşdırılır.

Qeyd edək ki, İspaniyanın “Zara HOME” mağazalar şəbəkəsi Rusiyanı tərk etdikdən sonra bu ada oxşar şirkəti ermənilər yaradıb. Əvvəl mağazalar şəbəkəsində yalnız toxuculuq malları satılırdısa, hazırda şəbəkə nümayəndələri vurğulayırlar ki, mebel və mətbəx əşyaları, eləcə də digər tikinti məhsullarının satışı da nəzərdə tutulur..

Xatırladaq ki, “Taşir ”Rus Sənaye və İnşaat Qrupunun sahibi erməni Samvel Karapetyandır. Qrupun əsas fəaliyyəti kommersiya, daşınmaz əmlakın inşası və idarə edilməsidir. Qrup digər sahələrdə – maliyyə, enerji, istehsal, otel və restoran işində də fəaliyyətini həyata keçirir. Rusiya və Ermənistanın 25 şəhərində şirkətlər qrupunun filialları var.

“Taşir” Qrupuna müxtəlif profillərin 200-dən çox şirkəti daxildir. Forbes-in 2019-cu ildəki məlumatına görə, qrup “Rio” ticarət və əyləncə mərkəzləri şəbəkəsi də daxil olmaqla 33 ticarət mərkəzinə sahibdir. Şirkət Rusiyanın Kaluqa şəhərində 1999-cu ildə yaradılıb.konkret.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki