image-koncert-v-chest-dnya-edineniya-narodov-rossii-i-belorussiibackend

“Moskva və Minsk Belarusa təhdidlər mövzusunda daim əlaqə saxlayırlar”-Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva və Minsk Belarusun təhlükəsizliyinə potensial təhdidlərlə bağlı məsələlər üzrə daimi təmasları saxlayır.

Elchi.az xəbər verir ki, o, qeyd edib ki, Rusiya İttifaq dövlətinin taleyi üçün məsuliyyəti bölüşür.

“Bu baxımdan (Belarus üçün potensial təhlükələr – redaktorun qeydi) bizim xüsusi xidmət orqanlarımız vasitəsilə daimi təmaslar var”, – deyə Peskov brifinqdə bildirib. Eyni zamanda, o qeyd edib ki, bu mövzu təkcə xüsusi xidmət orqanları tərəfindən deyil, həm də Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko tərəfindən müzakirə olunur. Kremlin sözçüsü Belarusun onu təhdid edən qeyri-dost mühitlə üzləşdiyini təsdiqləyib.

Peskov həmçinin xatırladıb ki, İttifaq dövləti çərçivəsində öhdəliklərinə əlavə olaraq, Rusiyanın Belarusun taleyi üçün məsuliyyəti Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasında da yer alır. Lakin sənəddə qeyd olunur ki, xarici və daxili amillərdən asılı olaraq dəyişdirilə bilər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki