Rusiyanın baş naziri Mixail Mişustin İrana rəsmi səfərə gedib və orada ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Tərəflər Rusiya-İran ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının kompleks məsələlərini, o cümlədən nəqliyyat, sənaye, enerji, təhsil və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.
Yeganə