image-20f5a273-adbc-3015-b06c-2c19faedf90e_850backend

Misir Prezidenti: Türkiyə və Suriya arasındakı yaxınlaşmanı məmnunluqla qarşılayırıq

Türkiyə və Suriya arasındakı yaxınlaşmanı məmnunluqla qarşılayırıq.

Elchi.az  xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Misir Türkiyə ilə koordinasiyalı davranmalıdır: “Bu, xüsusilə humanitar böhranların aradan qalxmasında özünü göstərməlidir. Koordinasiyalı davranış həm də Yaxın Şərq regionunda özünü göstərməlidir”.

Misir lideri söyləyib ki, bu səfər ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinin göstəricisidir: “Biz bu gün həm də Suriyadakı durum barədə danışdıq. Suriya xalqına mənfi təsir edən böhran sona çatmalıdır”.

Havar Şəfiyeva 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki