image-2e4b24a9-186a-3076-851b-b8fa1b25e974_850backend

Mikayıl Cabbarov AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Elchi.az – ın məlumatına görə, nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib:

Qəza nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik.

Allah rəhmət eləsin!

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki