Microsoft-un 50 illik yubiley gecəsində şirkətin İsrailə göstərdiyi xidmətlərə reaksiya verdikdən sonra işindən ayrılan Vaniya Aqraval 7 oktyabr 2023-cü il tarixindən əvvəl İsrailin Qəzzada törətdiyi soyqırımda şirkətin rol oynadığını və işçilərin sözügedən vəziyyətə qarşı müqavimətinin artdığını bildirib.
Elchi.az xəbər verir ki, Microsoft-un AI-nin baş icraçı direktoru (CEO) Mustafa Süleymanın şirkətin 50 illik yubiley gecəsindəki çıxışı Microsoft-un İsraillə münasibətlərinə etiraz edən işçilər tərəfindən kəsilib.
Aqraval şirkətin həmtəsisçisi Bill Qeyts və keçmiş CEO Stiv Ballmerin də qatıldığı şənlikdə texnologiya nəhəngini İsrailin Qəzzaya davam edən hücumunda şərik olmaqda günahlandırıb.
Qəzzada Microsoft texnologiyası ilə 50 min fələstinlinin öldürüldüyünü iddia edən Aqraval, “Onların qanına görə bayram etdiyiniz üçün hamınıza ayıb olsun. İsraillə əlaqələri kəsin” deyib. O, ifadələrindən sonra çıxarılıb.
Həmin gün Microsoft-un başqa bir əməkdaşı İbtihal Əbusəd şirkətin süni intellekt bölməsinin baş direktoru Süleymanın çıxışını yarımçıq kəsərək, “Siz deyirsiniz ki, süni intellektdən yaxşı istifadə edirsiniz, lakin Microsoft İsrail ordusuna süni intellektlə işləyən silahlar satır. 50.000 adam öldü və Microsoft bu soyqırımı gücləndirir”. O, belə danışdı.
Etirazlardan sonra hər iki işçi Microsoft işçilərinə şirkətin İsraillə əməkdaşlığının təfərrüatlarını əks etdirən kütləvi elektron məktub göndərib.
Etirazından sonra istefa ərizəsi verən və tezliklə işdən çıxarılan Aqraval məsələ ilə bağlı danışıb.
Aqraval qeyd edib ki, Microsoft 2023-cü il oktyabrın 7-dən əvvəl İsrailin Qəzzada törətdiyi soyqırımda rol oynayıb.
Aqraval şirkətin “soyqırımı gücləndirdiyini” iddia edərək, “Son bir il yarım ərzində bu əlaqələrin necə qurulduğunu və Microsoft xidmətlərinin Qəzzada soyqırımı necə təmin etdiyini və sürətləndirdiyini daha aydın öyrənməyə başladıq” deyib.
Microsoft-un İsraillə əməkdaşlığına dair daxili xəbərdarlıqların sistematik şəkildə basdırıldığını söyləyən Aqraval, “Onlar araşdırmalar haqqında şərh verməkdən imtina etdilər. Daxili olaraq verilən suallardan yayındılar. Aydınlaşdırma tələb edən işçilərin şərhlərini sildilər” dedi.
Aqraval bildirib ki, şirkətin onları susdurmaq cəhdlərinə baxmayaraq, Microsoft ofislərində çalışan bir çox dünyadakı işçilər səssiz həmrəylik nümayiş etdirib, bəziləri Qəzza üçün tətilə qoşulub, digərləri isə status mesajlarını dəyişdirərək və ya avtomatik cavabları tənzimləməklə öz reaksiyalarını bildiriblər.
Şayəstə Hüseynova