ABŞ prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da Konqresə hücumu səbəbiylə Facebook hesabı bağlandıqdan sonra “senzuraya məruz qaldığı” səbəbiylə açdığı iddia çərçivəsində razılaşma əldə edildiyi və Metanın təxminən 25 milyon dollar ödəməyə razı olduğu bildirilir.
Elchi.az xəbər verir ki, “The Wall Street Journal”ın yazdığına görə, adı açıqlanmayan mənbələr Trampla Meta arasındakı razılaşmanın təfərrüatlarını təqdim ediblər.
Mənbələr bildiriblər ki, Meta Trampın Facebook hesabının bağlanması ilə bağlı açdığı iddia çərçivəsində təxminən 25 milyon dollar ödəməyə razılaşıb.
Mənbələr Metanın ödəyəcəyi pulun 22 milyon dollarının Trampın “prezident kitabxanası”na sərf ediləcəyini, yerdə qalan pulun isə “işdə iştirak edən digər şəxslərə” və vəkillik xərclərinə ayrılacağını bildirib.
Razılığa baxmayaraq, Meta “ittihamları rədd edir”, mənbələr bildiriblər.
NBC News xəbər verir ki, Facebook, Instagram və WhatsApp-ın ana şirkəti olan Meta federal məhkəməyə işdə razılığa gəldiyi barədə bildiriş təqdim edib.
Meta-nın Kommunikasiyalar üzrə Direktoru Endi Stoun 25 milyon dollarlıq hesablaşmanı ehtiva edən müqavilənin şərtlərini təsdiqləyib.
Şayəstə Hüseynova