image-bez-nazvaniyabackend

Məşhur siyasətçidən SENSASİON AÇIQLAMA:”Putin Rusiyanı şikəst etdi”

ABŞ-ın ilk qadın dövlət katibi 84 yaşlı Madlen Olbrayt Rusiya-Ukrayna münasibətlərinə maraqlı şərh verib. Alp.az xəbər verir ki,  Praqa doğumlu yəhidi-slavyan mənşəli xanım siyasətçi deyib: “Rusiyanın möhtəşəmliyə aparan yolunu açmaq əvəzinə Ukraynaya təcavüz Putini bütün dünyada rüsvay edəcək. Rusiyanı diplomatik baxımdan dünyadan təcrid olunmuş vəziyyətə salacaq, iqtisadi cəhətdən ölkəni şikəst qoyacaq. Rusiya strateji baxımdan da müdafiəsiz qalacaq”.

Bu sitatı Facebook hesabından ABŞ-ın 67-ci dövlət katibi Hillari Klinton “Madlen Olbrayt haqlıdır” qeydi ilə paylaşıb.

Bu sitat Madlen Olbraytın “The Nyu-York Times” qəzetində getmiş “Putin is Making a Historic Mistake” (Putin tarixi səhv edir) adlı məqaləsindən götürülüb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki