image-1732161659_gettyimages-1052170818-c74dbcfa3e474aa89bb897a14f0dbe32backend

Merkel Ukraynadakı münaqişəyə son qoyulmasından danışıb

Almaniyanın keçmiş federal kansleri Angela Merkel hesab edir ki, Kiyev birtərəfli qaydada Rusiya ilə danışıqlara başlamaq qərarı verə bilməz.

Elchi.az xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində o, qeyd edib ki, əlbəttə ki, danışıqlar Ukraynanın başı üstündə aparılmamalıdır deyib.

Merkel hesab edir ki, Ukraynanı dəstəkləyən bir çox dövlətlər Rusiya Federasiyası ilə diplomatik həllin müzakirə olunacağı zaman “Kiyevlə birlikdə qərar verməlidirlər”. Keçmiş kansler vurğuladı: “Bunu tək Kiyev həll edə bilməz”.

Merkel əlavə edib ki, bunun nə vaxt baş verəcəyini bilmir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki