Medvedev Rusiya Federasiyasının nüvə silahı ilə özünü müdafiə etməyəcəyi fikrini səhv adlandırıb.
Elchi.az xəbər verir ki, Rusiya öz varlığını müdafiə etmək məcburiyyətində olsa, nüvə silahından istifadə etməyə hazırdır. Bunu RT-yə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Siyasətçi qeyd edib ki, Birləşmiş Ştatlar üçüncü dünya müharibəsini çətin ki, istəyir, lakin nədənsə onlar “rusların heç vaxt müəyyən xətti keçməyəcəyinə” inanırlar. Medvedevin fikrincə, amerikalılar yanılır və əgər söhbət Rusiya Federasiyasının mövcudluğundan gedirsə, prezident Vladimir Putin və digər siyasətçilərin dəfələrlə dediyi kimi, ölkənin başqa yolu qalmayacaq.
Təhlükəsizlik Şurası sədrinin müavini əlavə edib ki, nüvə dövlətinin prezidenti vəzifəsini tutan hər bir şəxs ölkəni sona qədər müdafiə etmək öhdəliyini üzərinə götürür, bu, Rusiyaya da aiddir.
Medvedev hesab edir ki, bu məsələdə ABŞ-ın və Avropa ölkələrinin indiki siyasi qurumlarında, məsələn, Amerikanın keçmiş dövlət katibi Henri Kissincerin uzaqgörənliyi və incəliyi yoxdur.
Şayəstə Hüseynova