Moldova Mərkəzi Seçki Komissiyası oktyabrın 20-də keçiriləcək seçkilərdə Moldovanın hazırkı prezidenti və yenidən prezidentliyə namizdən Maya Sandunun rəqiblərindən biri bəlli olub. Belə ki, Moldova Mərkəzi Seçki Komissiyası Sandudan sonra prezidentliyə ilk rəsmi namizədi qeydə alıb.
Elchi.az xəbər verir ki, bu barədə ilk olaraq “Noi.md” məlumat yayıb.
Seçki yarışında birinci Moldova Respublikası Sosialistlər Partiyasının nümayəndəsi Aleksandr Stoyanoqlo olub. Mərkəzi Seçki Komissiyası həmçinin namizədin partiya simvoluna bənzəyən seçki simvolunu təsdiqləyib.
Qeyd edək ki, Stoyanoqlo Moldova Respublikasının keçmiş prokurorudur, o, Sandu hakimiyyətə gəldikdən sonra vəzifəsindən azad edilib. Respublikanın eks-prezidenti İqor Dodon onun namizədliyini dəstəkləyib.
Yeganə
Mənbə: Lenta.ru