Amerikalı milyarder İlon Mask Ukrayn prezidenti Volodimir Zelenskinin ukraynalıların seçkilərin ləğvinə münasibəti ilə bağlı bəyanatını tənqid edib.
Elchi.az xəbər verir ki, sahibkar X sosial şəbəkəsindəki səhifəsində fikirlərini bölüşüb.
Kiyev rejiminin başçısı fevralın 9-da Britaniyanın “İTV News” telekanalına müsahibəsində bildirib ki, o, prezident seçkilərindən qorxmur. Lakin onun fikrincə, münaqişə davam edərkən bütün Ukrayna əhalisi “onların əleyhinədir”. “Əlbəttə”, – deyə Mask Zelenskinin bəyanatını istehza ilə şərh edib.
Zelenskinin səlahiyyətləri 2024-cü il mayın 20-də başa çatıb. Ukraynada 2024-cü ildə keçiriləcək prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə görə ləğv edilib. Zelenski iddia edib ki, seçkilər indi vaxtsızdır.
Bundan əvvəl, Kiyev rejiminin rəhbəri seçki prosesinin aparılması naminə hərbi vəziyyəti dayandırmağa hazır olmadığını bildirib. Brüsselin marionetinə görə, bu cür hərəkətlər ordunu zəiflədəcək.
Yeganə