image-marko-asensiobackend

Marko Asensio “Fənərbaxça”da!

PSJ-nin yarımmüdafiəçisi Marko Asensio karyerasını “Fənərbaxça”da davam etdirəcək.

Elchi.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, artıq sövdələşmə başa çatıb və söhbət icarədən yox, təfərrüatı açıqlanmayan tamhüquqlu transferdən gedir.

Qeyd edək ki, ötən mövsüm 28 yaşlı futbolçu PSJ-nin heyətində Liqa 1-də 19 oyunda iştirak edib və 4 qol vurub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki