Maldiv adalarında dövlət çevrilişinə cəhd edilib.
Elchi.az xəbər verir ki, bu barədə ölkə prezidenti Mohamed Muizzou məlumat verib.
Bildirilir ki, buna səbəb yerli bankın Maldiv rufiyasında hesablarla əlaqəli kartlardan istifadə edərək xarici əməliyyatları dayandırmaq qərarı olub. Bunun fonunda sosial şəbəkələrdə ölkədə iğtişaşlar törətmək, hakimiyyəti devirmək çağırışları yayılmağa başlayıb.
Daha sonra bu qərar, maliyyə qurumunun məlumatına görə, ölkənin mərkəzi bankının məsləhəti ilə ləğv edilib.
Yeganə