image-malezyada-timsah-bir-ciftciyi-yedi-e7jubackend

Malayziyada timsah fermeri yedi

Malayziyanın Sabah əyalətinin Lahad Datu şəhərində timsah fermeri yeyib. 4,5 metr uzunluğunda olan timsah tapançadan atəş açaraq zərərsizləşdirilib.
Elchi.az “The Star” qəzetinə istinadən xəbər verir ki, Lahad Datunun şərq sahilində fermer Rusdi Tambah balıq tutmağa getdiyi çay sahilində timsahın hücumuna məruz qalıb və suya çəkilib.
Tambahı tapmağa çalışan axtarış-xilasetmə səlahiyyətliləri, fermeri yediyini gördükləri 4,5 metr uzunluğundakı timsahı 5 dəfə atəş açaraq öldürüb.
Həyatını itirən Tambahın meyiti polis orqanlarına təhvil verilib, ölmüş timsah isə vəhşi təbiət əməkdaşları tərəfindən aparılıb.
Malayziyanın Sabah və Saravak əyalətlərində 2001-2020-ci illər arasında timsahların 205 hücumu nəticəsində 135 nəfər həyatını itirib.
Sabah və Saravak əyalətlərində ildə orta hesabla 10 timsah hücumu olur.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki