Venesuelanın Ali Məhkəməsi hazırkı dövlət başçısı Nikolas Maduronun prezident seçkilərində qalib gəldiyini təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə məhkəmənin sədri Karisliya Rodriqes bildirib.
“Seçki materiallarının tədqiqi Milli Seçki Şurasının 2024-cü il iyulun 28-də elan etdiyi prezident seçkilərinin nəticələrini təsdiq edir”,-deyə o, qeyd edib.
Bundan əvvəl ABŞ və Avropa İttifaqının qanunvericiləri birgə bəyanat yayaraq, Nikolas Maduronu son seçkilərdən sonra dövlət başçısı səlahiyyətlərindən könüllü olaraq imtina etmədiyi təqdirdə onu məsuliyyətlə hədələmişdilər. Millət vəkilləri həmçinin müxalifət lideri Edmundo Qonzalesin qələbəsinə dair çoxlu sübutlara istinad edərək, Venesuelada prezident seçkilərinin nəticələrini saxta adlandırıblar.
Yeganə