Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Suriyada baş verən hadisələr onun rəhbərlik etdiyi ölkəyə gələcəyini müstəqil şəkildə müəyyənləşdirməyi öyrətməlidir.
Elchi.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın olan “Birincilər hovuzu” Teleqram kanalı məlumat yayıb.
“İndi orada elə bir qarışıqlıq var ki, bu, hələ başlanğıcdır. Dünyanın əsas oyunçuları Suriyada döyüşür, bu, bizim üçün dərsdir – taleyimizi özümüz təyin etməliyik”, – Lukaşenko işgüzar səfəri zamanı deyib.
“Suriya vaxtilə sınaq meydanına çevrilmişdi” deyən o, Suriya vəziyyətindən əldə edilən təcrübənin Belarus üçün əhəmiyyətini qeyd edib.
Çərşənbə axşamı günü Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Elmi və Analitik İnformasiya Mərkəzinin rəhbəri Nikolay Plotnikov “Rossiya 24” telekanalına müsahibəsində deyib ki, hakimiyyət dəyişikliyindən sonra Suriyada daha böyük xaos baş verə bilər. O, respublikanın iki yerə bölünmüş Liviya ilə eyni aqibətlə üzləşəcəyini istisna etmir.
Yeganə