image-32backend

Lukaşenko Sankt-Peterburqa gəlib

Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak etmək üçün Sankt-Peterburqa gəlib.

Elchi.az xəbər verir ki, bu barədə BELTA öz müxbirlərinə istinadən xəbər verir.

“Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gəlib. Dövlət başçısının təyyarəsi Sankt-Peterburqda Pulkovo beynəlxalq hava limanında eniş edib”, – deyə agentlikdən bildirilib. Qeyd olunur ki, dekabrın 25-də Belarus lideri MDB-yə üzv ölkələrin rəhbərlərinin qeyri-rəsmi görüşündə, ertəsi gün isə Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, MDB-nin Sankt-Peterburq sammitində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrıca görüşün keçirilməsi nəzərdə tutulmayıb. Eyni zamanda, o qeyd edib ki, dövlət başçıları sammitin kuluarlarında danışmaq imkanı əldə edəcəklər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki