Müharibədən qaçmaq üçün Belarus ona hazır olmalıdır.
Elchi.az xəbər verir ki, bunu respublika prezidenti Aleksandr Lukaşenko Obuz-Lesnovski poliqonuna səfəri zamanı deyib.
“Köhnə düstur: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Ona görə də müharibəyə hazırlaşmalıyıq. Və Allah eləməsin ki, bu müharibə baş verməsin”, – Belarus rəhbəri bildirib.
Lukaşenko qeyd edib ki, respublika ətrafında gərgin vəziyyətə baxmayaraq, münaqişənin başlanması istiqamətində heç bir tendensiya görmür.
Sentyabrın 24-də Aleksandr Lukaşenko ölkənin qərbində yerləşən Obuz-Lesnovski poliqonunda olub . Respublika başçısına milli istehsal olan dronların işi nümayiş etdirilib.
Nuranə Məmmədova