İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada Livanın cənubunda başlayan qarşıdurmada 5 İsrail əsgərinin öldüyü bildirilib. Hizbullahın İsrailin şimalında həyata keçirdiyi raket hücumları nəticəsində ən azı 11 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Livanda İsraillə Hizbullah arasında baş verən qarşıdurmalarda İsrail ordusu itki verməkdə davam edir. İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada, ötən gecə Hizbullah üzvlərinin İsrail əsgərlərinin texnika tədarük etmək üçün istifadə etdiyi binaya raket hücumu təşkil etdiyi bildirilib.
Raketlərdən birinin əsgərlərin binanın yanında yerləşdiyi yerə düşməsi nəticəsində 5 İsrail əsgərinin öldüyü, 19 əsgərin isə yaralandığı qeyd edilib. Açıqlamada əsgərlərdən 4-nün vəziyyətinin ağır olduğu və müalicələrinin davam etdiyi bildirilib.
Şayəstə Hüseynova