image-lubnan-necib-mikati-aa-1625708_1jpg-1701062425backend

Livan məcburi köçkünlər üçün beynəlxalq yardıma çağırır

Livanın Baş naziri Naguib Mikati, İsrailin hücumları nəticəsində didərgin düşmüş mülki əhalinin əsas ehtiyaclarını çatdırmaq üçün beynəlxalq yardımın artırılmasına çağırıb.
Elchi.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, Mikati, İsrailin Livana hücumu nəticəsində ortaya çıxan köçkünlük böhranı ilə bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) təşkilatları və donor ölkələrin səfirləri ilə görüş keçirib.
İclasda BMT-nin Livandakı humanitar koordinatoru İmran Rza, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin nümayəndələri və bəzi ölkələrin səfirləri iştirak ediblər.
Livanın baş naziri Mikati, Livanın tarixin ən kritik dönüş nöqtələrindən birində olduğunu ifadə edərək, “İsrailin apardığı dağıdıcı müharibə səbəbiylə təxminən bir milyon insanın didərgin düşdüyü bir vaxtda bir araya gəlirik” – deyib.
Livan hökumətinin əvvəlki böhranlarda olduğu kimi BMT qurumları ilə əməkdaşlıq etməkdə qərarlı olduğunu bildirən Mikati, köçkün mülki vətəndaşların əsas ehtiyaclarını təmin etmək üçün səylərin artırılmasına çağırıb.
Livanın baş naziri Mikati davamlı dəstəyə görə BMT və ərəb ölkələrinə təşəkkür edib.
Livan hakimiyyətinin məlumatına görə, Hizbullahın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1273 nəfər ölüb.
Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki