Elchi.az xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda Kiyevdə keçirilən beynəlxalq sammitdə deyib.
Litva Prezidenti deyib: “Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən asılıdır. Ona görə də Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirmək lazımdır”. O, Kiyevdə Avropa liderlərinin iştirakı ilə keçirilən “Ukraynaya dəstək” plenar sessiyası zamanı bu hadisənin 2030-cu il yanvarın 1-də olmasını təklif edib.
Onun sözlərinə görə, ilk danışıqlar klasterinin açılışı bir neçə həftə ərzində həyata keçirilə bilər.
“Ukraynanı Aİ-yə aparan yolu labüd etməliyik”, -deyə Gitanas Nauseda əlavə edib.
Xavər