image-ssbackend

Lənkəranda vəzifəli şəxslər məktəblini döyüb? – FOTO 

Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi ilə bağlı iddialar yayılıb.

Alp.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova məktəbli qıza attestat vermək adı ilə evə çağırıb və ona fiziki zorakılıq tətbiq ediblər.

Məktəblinin şəkillərini göndərən şəxs iddia edib ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir:

“Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Deyilənə görə, öz qızını da döyüb, amma belə yox. Şiddət göstərməklə nə əldə edəcəyinizi bəri başdan deyim. Fakt təsdiqini taparsa, əlvida kreslo”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki